Rasim Balayev bu vəzifəyə namizəd oldu – YENİLƏNİB

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) yeni yaradılacaq kino ittifaqı ilə bağlı növbəti həftə iclas keçirəcək.

Globalinfo.az xəbər verir ki, sözügedən iclasda yeni kino ittifaqı üçün namizədlik məsələsi müzakirə ediləcək.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı yeni yaradılacaq ittifaq üçün namizədini bu gün təsdiq edib. İttifaq hazırkı sədri Xalq artisti Rasim Balayevin namizədliyini irəli sürüb.

***12:20

Xalq artisti Rasim Balayev birləşmiş kino ittifaqlarının sədrliyinə namizəd olub.

Bu barədə Globalinfo.az-a AKİ-dən məlumat verilib.

Qeyd edək ki, bu ilin 26 iyulunda AKİ və ARKİ birləşəcəkləri barədə birgə bəyanat yayıblar.

Xatırladaq ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.

Yeni ad kimi Kinematoqtafçılar Birliyi təklif edilib. Sözügedən birliyin qurultayının il sonuna doğru olacağı gözlənilir.