Ramiz Mehdiyevin adı bu siyahıdan silindi – Fərman

 

Azərbaycan Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibində dəyişiklik edilib.

Globalinfo.az bildirir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, qurumun tərkibinə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi də daxil edilib.

Bundan başqa, Xüsusi Dövlət Mühafizə Xidməti isə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə əvəz edilib.

X X X

Azərbaycanın Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiq edilib.

Globalinfo.az bildirir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Dəyişikliyə əsasən, komissiyanın üzvləri arasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti kimi Ramiz Mehdiyevin adı çıxarılaraq İsa Həbibbəyli ilə, mədəniyyət naziri kimi Əbülfəs Qarayevin adı çıxarılaraq Adil Kərimli ilə, səhiyyə naziri kimi Oqtay Şirəliyevin adı çıxarılaraq Teymur Musayevlə, elm və təhsil naziri kimi Ceyhun Bayramovun adı çıxarılaraq Emin Əmrullayevlə əvəzlənib.

X X X

Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının tərkibində dəyişiklik edilib.

Globalinfo.az bildirir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Dəyişikliklə Fərmanın 1-ci hissəsinin “İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti” və “Tahir Salahov – Xalq rəssamı” abzasları ləğv edilib.