Ramiz Mehdiyevdən oğlu haqda iddialara reaksiya: “Mənə deməyib”

Ötən həftə AMEA-nın sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışan oğlu, general Teymur Mehdiyevin işdən çıxarılması ilə bağlı məlumatlar yayılmışdı.

Globalinfo.az bildirir ki, Manset.az məsələni diqqətdə saxlayaraq Ramiz Mehdiyevlə əlaqə saxlayıb. O, açıqlamasında bu barədə bir-birini təkzib edən informasiya verib:

“Mən eşitməmişəm. Oğlumla yeni danışmışam. Vəzifəsindədir, işini davam etdirir. Hər halda mənə işdən çıxarılması ilə bağlı deməyib. Bilmirəm, sözün düzü, bu mənim üçün yeni informasiyadır, işdən çıxarılıb?”