“Quska”nın məhkəməsi yenə təxirə salındı – FOTO

Sabiq deputat Hüseyn Abdullayevin (Quska) sentyabrın 5-nə təyin olunan məhkəməsi təxirə salınıb.

Bu barədə Globalinfo.az-a H.Abdullayevin vəkili Ceyhun Yusifov məlumat verib.

Onun sözlərinə görə, məhkəmə sentyabrın 19-na keçirilib:

“Hakim Elnur Nuriyevin sağlamlığında yaranan problemlə əlaqədar məhkəmə prosesi ayın 19-na təxirə salındı”.

H.Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib.

Zaira Akifqız
Globalinfo.az