qeza 12

Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 5 nəfər (kişi cinsli) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verib.

Yaralılara bədənin müxtəlif nahiyələrinin travması və əziyi diaqnozları təyin olunub.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb.

1992-ci il təvəllüdlü şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.

***16:20

Qusar-Şahdağ avtomobil yolunda yol nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, “Renault” markalı minik avtomobili hərəkətdə olan zaman yoldan çıxaraq su kanalına aşıb.

    Qəza zamanı Ağdam rayon sakini 1992-ci il təvəllüdlü E.Əsgərov, Biləsuvar rayon sakini 1996-cı il təvəllüdlü A.Cəfərzadə, Ucar rayon sakini 2004-cü il təvəllüdlü R.Hüseynov, Bərdə rayon sakini 1994-cü il təvəllüdlü N.Məmmədov və Qusar rayon sakini 1994-cü il təvəllüdlü N.Səlimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Yaralılar Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

    Qusarda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıbQusarda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb

    Paylaş: