Qusarçay üzərindəki körpü bizi hara aparır? – VİDEO

Leysan nəticəsində bəzi bölgələrdən keçən sel suları fəsadlar törətməkdə davam edir.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, ötən gecə Qusarçaydan sel keçib.

Sel körpünü saxlayan dirəklərin özülündəki plitələri ovub.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti iyunun 17-si üçün bəzi ərazilərdə leysan olacağı, çaylardan sel keçəcəyi ilə bağlı xəbərdarlıq edib. Əvvəlki günlərdə də bir sıra bölgələrdəki çaylardan sel keçib, Şamaxının bir neçə kəndində fəsadlar yaradıb, Qubada körpü dağılıb.