Qriqoryan Makronun müşaviri ilə müzakirə apardı

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa prezidentinin diplomatik məsələlər üzrə müşaviri Bertran Buxvalter və keçmiş həmsədr Bris Rokefi ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər, o cümlədən beynəlxalq platformalarda əməkdaşlıq müzakirə edilib.

Qeyd edək ki, Qriqoryanla eyni vaxtda Ermənistan müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti də Fransada səfərdədir.

Müşviq Tofiqoğlu
Globalinfo.az