Qəzza müharibəsi ilə bağlı daha bir dəhşətli rəqəm

BMT Qəzza zolağında öldürülən uşaqların sayını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel danışıb.

Belə ki, ötən ilin 7 oktyabrından indiyə qədər İsrail-HƏMAS münaqişəsinin gərginləşməsi nəticəsində Qəzza zolağında yaşayan 13 mindən çox uşaq həlak olub, minlərlə azyaşlı yaralanıb və ya binaların dağıntıları altında qalıb.