Qəzaya düşən avtomobil aşdı – VİDEO

Aprelin 14-də Bakı şəhər Binəqədi rayonu ərazisində yol qəzası baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi şossesində “BMW” və “Hyundai Santa Fe” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Hyundai” aşıb.

Hadisə yerindəki vətəndaşların köməyi ilə aşaraq banı üzərində qalmış avtomobili təkərləri üzərinə çevirmək mümkün olub.

Qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.