“Qərb Ermənistanı zəiflətmək və məhv etmək istəyir”.
Globalinfo.az xəbər verir ki, bunu “Sputnik”ə müsahibəsində Slovakiyanın keçmiş baş naziri Yan Çarnoqurski deyib.
Onun fikrincə, Ermənistanda ruhanilərin saxlanması ölkənin tarixinə və gələcəyinə qarşı cinayətdir.
“Qərb Rusiyanın dostu olan bütün xalqları və dövlətləri zəiflətmək və məhv etmək istəyir. Ermənistanda dramatik hadisələr baş verir. Eyni şey indi Serbiyada da yaşanır. Burada prezident Vuçiçə qarşı nümayişlər keçirilir. Aİ Slovakiyanın baş naziri Fitsonu tənqid edir”.
Çarnoqurskinin deyib ki, Ermənistanda din xadimlərinin saxlanması ölkənin tarixinə və gələcəyinə qarşı cinayətdir.
Əliyar Xəlil
Globalinfo.az