“Rafahda hərbi əməliyyatlar gerçəkləşsə, hər yerdə İsrail gəmilərinə hücum edəcəyik”.
Globalinfo.az xəbər verir ki, bu barədə Husilərin yaydığı bəyanatda deyilir.
Onlar İsrailə Rafahda əməliyyat keçirməmək barədə xəbərdarlıq edib.
“Biz İsraillə əlaqəsi olan və onun limanlarına gedən gəmilərə hər yerdə, o cümlədən Aralıq dənizində hücum edəcəyik. İsrail Rafahda hərbi əməliyyata başlamaq niyyətində olarsa, bu cür addımlarımız davam edəcək. Bundan başqa Yəmən Silahlı Qüvvələri işğalda olan Fələstin limanlarına daxil olmağa çalışan istənilən ölkənin şirkətlərinə qarşı geniş sanksiyalar tətbiq edəcək. Bu şirkətlərə məxsus bütün gəmilərin sərhəddən keçməsinə mane olacaq”, – bəyanatda vurğulanıb.
Qeyd edək ki, husilərin Qırmızı dənizdəki hücumları fonunda bəzi şirkətlər bu yolla daşımaları həyata keçirməkdən imtina edib.
Müşviq Tofiqoğlu
Globalinfo.az