Qərb hücuma hazırlaşır, Putin dəhşətli qərarlar verəcək – Rəsmən açıqlandı

Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün keçirdiyi mətbuat konfransında ölkədə nüvə silahı yerləşdirməyə hazırlaşdığının anonsunu verib.

Globalinfo.az xəbər verir ki, o, artıq ölkədə nüvə silahının yerləşdirilməsi üçün bütün infrastruktrun hazır olduğunu bildirib.

Belarus lideri Qərbin ölkəyə hücuma hazırlaşdığını da bəyan edib:

“Belarusda çevriliş üçün bəzi alayların, legionların hazırlanması prosesi sürətlə gedir. Zamanı gələndə hamısını sizə deyəcəyik. Qərb Belarus ərazisinə ölkəmizi məhv etmək üçün girmək istəyir”.

Lukaşenko həmçinin Rusiyanın çöküşü halında nüvə silahından istifadə ediləcəyini söyləyib:

“Əgər Rusiya rəhbərliyi anlasa ki, situasiya ölkənin çöküşü təhdidi yaradır, ən təhlükəli silah istifadə ediləcək. Ukraynalılar nüvə gücünə qalib gələcəklərinə hədər yerə inanırlar. Bu, axmaqlıqdır. Nüvə gücünə qalib gəlmək mümkün deyil”.

İlkin Həsənov
Globalinfo.az