Qəbələdə qadın faciəvi şəkildə öldü

meyit 3456

Qəbələnin Savalan kəndində Türyan çayında qadın meyiti tapılıb.

Globalinfo.az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində meyiti tapılan şəxsin 1960-ci il təvəllüdlü Abdurəhmanova Maral Fətulla qızı olduğu məlum olub.

İlkin ehtimala görə, qadın ehtiyatsızlıqdan çaya yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.