Sülhməramlılar üçün yeni variant: ora göndərilsinlər – VİDEO

“Cənubi Qafqaz Rusiyanın maraqlarına uyğun regiondur”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Baku TV-yə açıqlamasında rusiyalı hərbi ekspert Yevgeniy Mixaylov deyib.

O qeyd edib ki, Üçtərəfli bəyanatın imzalanmasından üç il keçməsinə baxmayaraq, İrəvan sərhədlərin demarkasiyası və delimitasiyası baxımından üzərinə düşən öhdəlikləri yerinə yetirməyib:

“Antiterror tədbirlərindən sonra Ermənistan məcbur olub qanunsuz hərbi birləşmələrini Qarabağdan çıxardı. Ermənistan Zəngəzur dəhlizini açmasa sülh müqaviləsindən söhbət belə gedə bilməz. Bu vəziyyətdə Azərbaycan İran vasitəsi ilə Naxçıvana yolunu açsa, o zaman Ermənistan daha çox şey itirəcək. Onu da qeyd edim ki, Bakı və Moskvanın iki müttəfiqlik müqaviləsi var. Biz bir çox sahələrdə strateji tərəfdaşıq. Belə bir variant var ki, sülhməramlılar Zəngəzur dəhlizini qorumaq üçün ora göndərilsinlər”.

Ətraflı videoda: