Qarabağda separatçıların “referendum”u ləğv edilir – QƏRAR

Azərbaycanın rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağ bölgəsindəki separatçı rejimdə gərginlik pik həddə çatıb.

Globalinfo.az xəbər verir ki, separatçıların lideri Arayik Arutyunyan bir müddət əvvəl nəzərdə tutulan “konstitusiya” dəyişikliklərini təxirə salmaq üçün addımlar atmağa başlayıb. Məlumata görə, o artıq “parlament rəhbəri”nə də müraciət edib ki, bununla bağlı layihəni geri çəksin. Separatçı lider qərarına səbəb kimi ictimaiyyətin layihəyə mənfi münasibəti və bunun əsasında yarana biləcək gərginliyi göstərib.

Qeyd edək ki, separatçılar son bir ayda təcili addımlar ataraq “referendum” keçirməyi və Qarabağda “yarıprezident” sistemini təsis etməyi planlaşdırırdılar. Gələn ilin yanvarına qədər planlaşdırılan layihənin əsas məqsədi Vardanyanın imkanlarını leqallaşdıraraq genişləndirmək idi. Maraqlı məqam isə Arutyunyanın bu barədə qərarı məhz Putinin İrəvana səfəri zamanı verməsidir.

İlkin
Globalinfo.az