Xankəndidəki yanğın söndürüldü – YENİLƏNİB

Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Ətraf ərazilər, o cümlədən digər yanacaq çənləri yanğından mühafizə olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ehtiyat yanacaq çənləri parkında baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.

***17:30

Sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğınla müşayiət olunan partlayış hadisəsi baş verib. Hazırda ərazidə yanğın davam edir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 15 ədəd xüsusi təyinatlı yanğınsöndürmə avtomobili heyəti ilə birgə hələ də davam edən yanğının söndürülməsi üçün Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndi şəhərinə yola düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

Bildirilib ki, ehtiyac yaranacağı təqdirdə əlavə qüvvələr də cəlb olunacaq.

***17:17

Xankəndi şəhəri yaxınlığında yanacaq doldurma məntəqəsində baş vermiş partlayışdan sonra yaranmış yanğını lokallaşdırmaq məqsədi ilə hadisə rayonuna Ağdam və ətraf rayonlardan yanğın söndürmə texnikaları və canlı qüvvə göndərilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, texnikalar və canlı qüvvə funksional olan Ağdam-Əsgəran-Xankəndi yolundan keçərək Xankəndi şəhərinə doğru hərəkət edib.

FHN-in 15 xüsusi təyinatlı yanğınsöndürmə avtomobili heyəti ilə birgə Xankəndiyə yola düşüb - FOTO - VİDEO - YENİLƏNİB

Xankəndi yaxınlığındakı yanğını lokallaşdırmaq üçün Ağdam və ətraf rayonlardan texnika və canlı qüvvə göndərilib - FOTO Xankəndi yaxınlığındakı yanğını lokallaşdırmaq üçün Ağdam və ətraf rayonlardan texnika və canlı qüvvə göndərilib - FOTO Xankəndi yaxınlığındakı yanğını lokallaşdırmaq üçün Ağdam və ətraf rayonlardan texnika və canlı qüvvə göndərilib - FOTO