“Qarabağ” son oyunda qələbə qazandı

qarabag 1

Azərbaycan Premyer Liqasının sonuncu – XXXVI turunun növbəti oyununda “Şamaxı” “Qarabağ”ı qəbul edib.

Globalinfo.az xəbər verir ki, Şamaxı şəhər stadionunda təşkil edilən matçda Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv minimal hesablı qələbə qazanıb – 1:0.

Baş hakim Rauf Cabarovun idarə etdiyi oyunda yeganə qolu 86-cı dəqiqədə Emmanuel Addai vurub.

Bu nəticəsən sonra Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 36 xalla 7-cidir. Çempionluğunu təmin edən Qurban Qurbanovun komandasının 89 xalı var.

Turun açılış görüşündə “Sumqayıt” səfərdə “Səbail”i darmadağın edib – 4:1.

Qeyd edək ki, turun digər oyunlarında “Sabah” “Neftçi”ni, “Turan Tovuz” “Kəpəz”i, “Araz-Naxçıvan” isə “Zirə”ni qəbul edəcək.