“Qarabağla bağlı məsələ sentyabr ayında keçirilən hərbi əməliyyatla bağlanıb”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdakimov “İzvestiya”ya müsahibəsində deyib.
O bildirib ki, Kreml tərəflər arasında sülh müqaviləsi üçün danışıqlara dəstək verməyə hazırdır.
Diplomat vurğulayıb ki, hazırda Ermənistanla Azərbaycan bilavasitə sülh müqavilələri layihələri mübadiləsi aparırlar.
O qeyd edib ki, sülh danışıqları kifayət qədər tez başa çatdırıla bilər.