“Qalatasaray” darmadağınla qalib gəldi, finala çıxdı

1000043398
Türkiyə Kubokunun 1/2 final mərhələsi çərçivəsində “Konyaspor” – “Qalatasaray” matçı baş tutub.

Globalinfo.az xəbər verir ki, oyun İstanbul təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:5.

“Cimbom” ilk hissədə iki qol vuraraq, qələbənin əsasını qoyub. Osimhen 26-cı, Torreyra isə isə 42-ci dəqiqədə fərqləniblər.

İkinci hissənin 47 və 55-ci dəqiqələrdə macar Şallai dubla imza ataraq “Qalatasaray”ın üstünlüyünü dörd topa çatdırıb. Əsas vaxta artırılmış dəqiqələrdə Yusuf Demir son nöqtəni qoyub.

“Konyaspor”un yeganə qolunu isə 53-cü dəqiqədə Pedrinyo vurub. Bu nəticə ilə “Qalatasaray” adını finala yazdırıb.

“Qalatasaray” finalda “Trabzonspor” – “Göztepe” matçının qalibi ilə görüşəcək.