“Qalatasaray” Bakıya 23 ulduzu ilə gəldi – SİYAHI

“Qalatasaray” klubu Bakıya gəlib.

Globalinfo.az xəbər verir ki, onlar hava limanında böyük coşqu ilə qarşılanıblar.

***

Xeyriyyə oyununda “Qarabağ”ın qonağı olacaq “Qalatasaray”ın Bakıya gətirəcəyi heyət açıqlanıb.

Globalinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Okan Burukun siyahısında 23 oyunçu yer alıb.

Qapıçılar: 12. Atakan Ordu, 34. Okan Koçuk
Müdafiəçilər: 2. Leo Dyubua, 4. Matias Yensen, 13. Emre Taşdemir, 23. Kaan Ayhan, 42. Abdulkerim Bardakçı, 55. Arda Deniz Yavaş, 58. Ali Yeşilyurt, 77. Berkan Aksoy
Yarımmüdafiəçilər: 6. Lukas Torreyra, 6. Fredrik Midtşö, 11. Yunus Akgün, 17. Nikolo Zanyolo, 22. Berkan Kutlu, 27 Serjiu Oliveyra, 30. Yusuf Demir, 59. Caner Doğan, 64. Xuan Mata
Hücumçular: 18. Bafetimbi Qomis, 44. Beknaz Almazbekov, 56. Baran Demiroğlu, 99. Mauro İkardi

Qeyd edək ki, bu gün keçiriləcək “Qarabağ” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.