nocomment 215c2bd02b3be8f97c4014be330ac696 hm2wo31kpvtg48liszf5

Varşava Qərb elitasının onu Rusiya ilə qarşıdurmaya çəkmək cəhdlərinə müqavimət göstərməli və əksinə, Ukraynada tezliklə sülhün bərqərar olmasına dəstək verməlidir.

Globalinfo.az xəbər verir ki, bu barədə Polşanın “Mysl Polska” nəşri məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Polşanı müharibəyə çəkmək təşəbbüsləri Kiyevin öz arzusu deyil, indiki münaqişəyə görə məsuliyyət daşıyan Qərb dairələrinin maraqlarını əks etdirir.

Nəşrin fikrincə, Varşava Moskva ilə Kiyev arasında sülh müqaviləsinin tezliklə bağlanmasında israr etməlidir.

Xatırladaq ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski də yaxınlarda Ukrayna üçün təhlükəsizlik təminatlarının zəruriliyini şübhə altına almışdı.

Tahir Turan
Globalinfo.az

Paylaş: