“Qərbi Azərbaycan İcması”na mətbuat katibi təyin edildi

Jurnalist Ülviyyə Zülfiqar “Qərbi Azərbaycan İcması”nın mətbuat katibi təyin edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya icmadan bildirilib.

Qeyd edək ki, Ü. Zülfiqar 2006-cı ildən 2021-ci ilədək “ATV Xəbər”də siyasi müxbir kimi fəaliyyət göstərib, analitik süjetlərin müəllifi olub. Azərbaycanda keçirilən iri həcmli idman yarışları zamanı ingilisdilli aparıcı kimi fəaliyyət göstərib.

2020-ci ildən etibarən ingilis dilli News.az agentliyinin baş redaktoru olaraq fəaliyyət göstərir.

2022-ci il avqustun 3-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti” ictimai birliyinin ümumi yığıncağı zamanı səsvermə nəticəsində birliyin “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili) təsdiq olunub.