1649161481 1647533258 zelenskiy ve putin trt haber 1564838

Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin 5 ildən sonra ilk telefon danışığı edə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı müzakirələrlə tanış olan mənbəyə istinadən bildirib.

Məlumata görə, bunun ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski görüşündən sonra baş tutması mümkündür:

“Amma Zelenski ilə Putin arasında birbaşa telefon əlaqəsinin təşkili Tramp üçün diplomatik zərbə ola bilər”.

Qeyd edək ki, Putin və Zelenski sonuncu dəfə 26 iyul 2020-ci ildə telefonla danışıblar.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: