Putinin yeni “Vaqner” planı: Kremldə təşviş

Kreml “Vaqner” sıralarında yeni üsyanların ola biləcəyindən narahatdır.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-də materiallar dərc olunub.

Artıq bununla bağlı Rusiyanın xüsusi xidmət orqanlarına müvafiq tapşırıqlar verilib. Rusiya təhlükəsizlik orqanlarının qarşısında yeni üsyan məsələsini araşdırmaq tapşırığı qoyulub.

Həmçinin Kreml “Priqojinin irsi” ilə bağlı hansı qərarı vermək lazım olduğunu müəyyənləşdirməyib. Kremlin bu qruplaşmanı ciddi təhlükə hesab edir.

“Vaqnerçi”lər düşünürlər ki, Priqojinin ölümünün arxasında hökumət dayanır. Çünki onun ölümündən iki gün sonra Putinin “vaqnerçi”lərin sadiqlik andı içməsini tələb edən fərman imzalaması heç də təsadüf hesab olunmayıb.

Görünür, Putin gələcəkdə üsyanların təkrarlanmaması üçün “Vaqner” üzərində sərt nəzarət mexanizmi yaratmaq istəyir.

Tamerlan Yayaqan
Globalinfo.az