Putinin “vətən xaini” yaxını: “Ukrayna savaşı belə bitəcək”

“Qərb özünü Soyuq müharibənin qalibi hesab edir, bu isə onun SSRİ-nin keçmiş ərazilərini nəzarət etməsi anlamına gəlir”.

Globalinfo.az xəbər verir ki, bu sözlər ukraynalı müxalif siyasətçi və Rusiya Prezidenti Vladimir Putinin qızının xaç atası Viktor Medvedçukun “İzvestiya” qəzetindəki məqaləsində yer alıb.

“Rusiya buna necə yanaşmalıdır? Əslində, Moskva Soyuq müharibəni ədalətlə bitirib, ABŞ, NATO isə yox”, – o bildirib.

V.Medvedçukun sözlərinə görə, Ukraynanın rusdilli əhalisi Kiyevi 1990-cı illərdə iqtisadi kollapsdan xilas edərək, ona siyasi müstəqillik qazandırıb.

Medvedçuk 1991-ci ildən Ukraynada iki dövlət – anti-Rusiya və Ukrayna ilə bir olan Rusiya olduğunu yazıb. O, Ukrayna konfliktinin ya Dünya savaşı, ya da Soyuq müharibədəki kimi sakitləşmə ilə bitəcəyini qeyd edib.

Qeyd edək ki, Medvedçuk Ukraynadan təhvil alındıqdan sonra Rusiyada “Dövlətə xəyanət” və “Terror təşkilatlarının fəaliyyətinə yardım” maddələri ilə ittiham olunduğu cinayət işi üzrə həbs edilib.

Aqşin
Globalinfo.az