putin8

Rusiya Prezidenti Vladimir Putin 2026-cı ildə Türkiyəyə rəsmi səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə türk diplomatik mənbəsi məlumat verib.

Rusiya liderinə dəvət ən yüksək səviyyədə elan edilib. Biz bu səfəri səbirsizliklə gözləyirik və ümid edirik ki, gələn il həyata keçiriləcək”, – agentliyin həmsöhbəti bildirib.

O vurğulayıb ki, dəqiq tarix hələ müəyyən edilməyib.

Qeyd edək ki, dekabrın 12-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Türkiyəyə səfər dəvəti aldığını açıqlayıb.

Paylaş: