“Rusiyanın Ukraynadakı vəziyyəti ağlamalı həddədir”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə qondarma donetsk xalq respublikasının keçmiş müdafiə naziri İqor Strelkov çıxış edib.
“Ordunun gücü əhəmiyyətli miqdarda tükənib. Bir sözlə, bizim qış kampaniyamız məhv olub. İndi düşmənin növbəti gedişini gözləməliyik”, – o bildirib.
Strelkov həmçinin Rusiyanın bu müharibədə Çinin köməyi olmadan qalib gələ bilməyəcəyini deyib:
“Rusiya NATO-ya qarşı müharibə apara bilməz. Hətta NATO adına təkcə Ukrayna döyüşsə belə… Təəssüf ki, Rusiya 30 il ərzində öz hərbi-sənaye potensialını itirib. Hətta rezini belə təkbaşına istehsal edə bilmirik. Hərbi texnika üçün, təkərlərin hazırlanması üçün indi rezin axtarmalıyıq. Biz sənayenin bütün sahələrində xarici tədarükdən asılıyıq. Ona görə də Çinin yardımı olmadan bu savaşın öhdəsindən gələ bilməyəcəyik”.
Strelkov hər keçən gün Rusiyanın Ukraynadakı qələbədən bir az daha uzaqlaşdığını söyləyib.