Putinə sui-qəsd təşkil edildi: Rusiya liderinin son vəziyyəti… – VİDEO

 

Gecə saatlarında Ukrayna iki pilotsuz uçuş aparatı ilə Kremlə zərbə endirməyə çalışıb. PUA-lar radar sistemi vasitəsilə müəyyən edilərək zərərsizləşdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Hadisədən sonra Prezident Vladimir Putinin vəziyyətinin yaxşı olduğu və iş qrafikinə uyğun fəaliyyətinə davam etdiyi bildirilib.

Kreml hücumu terror aktı olaraq qiymətləndirib və lazımi şəkildə cavab veriləcəyini açıqlayıb.

Hücumun 9 May paradından əvvəl həyata keçirilməsi Moskvanın qəzəbinə səbəb olub.

Ayşən Mustafa
Globalinfo.az