Putindən seçkilərlə bağlı mühüm açıqlama…

2024-cü il seçkilərinə qədər Rusiyada seçki kampaniyasının rəqabət əsasında keçirilməsi vacibdir.

Globalinfo.az  xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.

“Hər şey rəqabət əsasında və Rusiya Federasiyasının qanunlarına tam uyğun olaraq baş verməlidir”, – Putin vurğulayıb.

O, fraksiyaların planlarını müzakirə etməyi və ölkənin qarşısında duran problemlərin həlli üçün prioritetlərin nədən ibarət olması barədə danışmağı təklif edib.

“Gəlin indiki şəraitdə prioritet nədir sualına birlikdə cavab tapmağa çalışaq”, – deyə prezident əlavə edib.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü ilin 17 martına təyin edilib.