Putindən Müdafiə Nazirliyində böyük kadr dəyişikliyi

Rusiya Prezidenti Vladimir Putin müdafiə nazirinə yeni müavinlər təyin edib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.

Leonid Qornin müdafiə nazirinin birinci müavini, Anna Çivileva və Pavel Fradkov isə nazir müavinləri təyin edib.

Rusiya dövlət başçısının müvafiq sərəncamları ilə Nikolay Pankov, Ruslana Tsalikova, Tatyana Şevtsova və Pavel Popov müdafiə nazirinin müavini vəzifələrindən azad ediliblər.

Putin həmçinin müdafiə nazirinin iki “birinci müavin” daxil olmaqla 12 müavini olması haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, indiyə kimi Rusiya MN başçısının 10 müavini vəzifəsi olub.