putin kagiz

Rusiya rəhbəri ictimaiyyət və elita arasında fikir ayrılığını artıq görməzdən gələ bilməz.

Globalinfo.az xəbər verir ki, bunu Oslo Sülh Tədqiqatları İnstitutunun professoru Pavel Bayev deyib.

Onun sözlərinə görə, müharibənin uzanması elita daxilində fikir ayrılığını da gücləndirir:

“Kremlə indi simvolik də olsa uğur lazımdır ki, müharibənin plana uyğun getdiyini sübut edə bilsin. Genişmiqyaslı hücum əməliyyatı Rusiya ordusunu çöküş astanasına gətirə bilər. Ona görə də mövcud situasiya ölkədəki fərqli elita qruplarını fərqli formada qayğılandırır. Lakin hər kəs bilir ki, uzanan müharibə Putinin populyarlığını azaldır və sadiqlik qəfildən yoxa çıxa bilər”.

Paylaş: