ZG8plCG8JUi9xYMpDHcAahYQEVWcaCV2xeWriQLz 1200 1

Avropa İttifaqı real vəziyyəti nəzərə alacağı təqdirdə Moskva Ukrayna üzrə danışıqlara qayıtmağa imkan verə bilər.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, yalnız mövcud vəziyyətə əsaslanan real yanaşma olarsa, proses gerçəkləşə bilər.

Putin daha əvvəl qeyd edib ki, Avropa ilə genişmiqyaslı müharibə başlasa, bu qarşıdurma çox tez bitər və belə bir ssenari yaşanarsa, Rusiya Ukraynadakı taktikadan fərqli şəkildə hərəkət edəcək. O, həmçinin qeyd edib ki, Avropa ilə müharibə başlayarsa, danışıq aparılacaq tərəf belə qalmaya bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: