Putin və Lukaşenko arasında Kremldə görüş keçirilir

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında Kremldə görüş keçirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Vladimir Putin və Aleksandr Lukaşenko ölkələrin müxtəlif sahələrdə, o cümlədən təhlükəsizlik və iqtisadiyyat sahəsində uğurlu fəaliyyətini qeyd ediblər.

Lukaşenko bildirib ki, Rusiya-Belarus ittifaqına dair bağlanmış 28 proqramın 80 faizi iki ölkə hökumətləri tərəfindən reallaşdırılıb.

O, işlərin demək olar ki, 80 faiz başa çatdığını bildirib.