Rusiya Prezidenti Vladimir Putin gələn həftənin əvvəlində ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü jurnalistlərə açıqlamasında bildirib.
“Həftənin birinci yarısında. Tarixi vaxtında elan edəcəyik”, – o deyib.
Qeyd edək ki, Putin dünən Amerika nümayəndə heyətinin Moskvaya gələcəyini təsdiqləyib. Rusiyanın danışıqlar qrupuna Xarici İşlər Nazirliyinin nümayəndələri və prezidentin köməkçisi Vladimir Medinski daxil olacaq.
Tahir Turan
Globalinfo.az