putin prigojin

Rusiya ordusunun rəhbərliyini əvvəllər “kloun” adlandıran “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin dövlət televiziyalarına çıxması qadağan edilib.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov “Nyu York Tayms”a müsahibəsində deyib.

O, digər kanallara da “Vaqner” rəhbərinin adını çəkilməməsi barədə tapşırığın göndərildiyini bildirib.

Priqojinin Kremlin təbliğat maşınından kənarda qoyulması barədə məlumatı şirkətin özü də təsdiqləyib. Belə ki, “Vaqner”in nəzarətində media qurumları Rusiya Müdafiə Nazirliyinin Priqojinlə bağlı göndərdiyi sənədi yayımlayıblar. Bununla belə qadağa təkcə Priqojinə yox, “Vaqner”ə də qoyulub. Rusiya mətbuatına həmçinin “Vaqner” əvəzinə “hücum dəstələri”, “rusiyalı desantçılar” ifadələrindən istifadə etməkləri məsləhət görülüb.

Yaşananları Rusiya mətbuatı müdafiə naziri Sergey Şoyqunun Priqojin üzərində Kreml kabinetlərində əldə etdiyi qələbə kimi təqdim edib.

Qeyd edək ki, keçən ilin sonlarından etibarən Şoyqu ilə Priqojin arasında münasibətlərdə gərginlik pik həddə çatıb. Nəticədə Şoyquya qarşı geniş təbliğata başlayan Priqojin özünün media qurumları vasitəsilə onu istefaya səsləmişdi. Priqojin Baş Qərargah rəisi Valeri Gerasimovu da hədəfə çevirmişdi. Bir sıra mənbələr Priqojinin bu addımının ordunun tam nəzarətdə saxlanması üçün şəxsən Putin tərəfindən dəstəkləndiyini iddia etmişdi.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: