Putin şərtini açıqladı: Ancaq bu halda taxıl sazişi uzanacaq…

Rusiya taxıl sazişini yalnız ona verilən vədlər yerinə yetirildikdə uzadacaq.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Hələ bir neçə gün var. Rusiya taxıl sazişini uzatmaq barədə düşünəcək. Rusiya taxıl sazişində iştirakını dayandıra və yalnız ona verilən vədlər yerinə yetirildikdə uzada bilər”, – dekə ölkə prezidenti bildirib.

Prezident qeyd edib ki, Rusiya Federasiyası onun qarşısında öhdəliklərin yerinə yetirilməsi üçün “nə qədər lazımdırsa” gözləməyə hazırdır:

“Rusiya artıq “əvvəlcə sazişin uzadılması, sonra vədlərin yerinə yetirilməsi” variantı ilə kifayətlənmir.

Əvvəlcə vədlərin yerinə yetirilməsi, sonra bizim iştirakımız”, – deyə Rusiya dövlət başçısı Moskvanın mövqeyini açıqlayıb.