Putin Rusiyada cinsiyyətin dəyişdirilməsini qadağan edən qanunu imzaladı

Rusiyada cinsiyyətin dəyişdirilməsi qadağan edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin qanun imzalayıb.

Qanuna əsasən, cinsiyyətin dəyişdirilməsi yalnız tibbi səbəblərə görə mümkün olacaq.

Cinsini dəyişənlər uşaqları övladlığa götürə və qəyyum ola bilməyəcəklər. Əgər həyat yoldaşlarından biri cinsiyyətini dəyişibsə, bu, boşanma üçün əsas sayılacaq.