raket 1

İran İordaniyada yerləşən Kral Feysal Hərbi Hava Bazasına raket zərbəsi endirib.

Globalinfo.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərin İranın həyata keçirdiyi hücum zamanı lentə alındığı bildirilir.

Məlumata görə, hədəf İordaniyada yerləşən Kral Feysal Hərbi Hava Bazası olub. Hadisə ilə bağlı yayılan videogörüntülər geniş müzakirələrə səbəb olsa da, hücumun nəticələri, eləcə də dağıntı və itkilərlə bağlı rəsmi məlumat hələlik açıqlanmayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: