Putin-Rəisi görüşü yekunlaşdı: 5 saat… – VİDEO / YENİLƏNİB

Putin və Rəisi Kremldə danışıqları yekunlaşdırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.

O, müzakirələrin 5 saatdan artıq davam etdiyini bildirib.

Peskov danışıqlarla bağlı təfərrüatlı məlumat verməyib.

***

“Putin və Rəisi arasında danışıqlar artıq 4 saatdır ki, davam edir”.

Globalinfo.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.

“Heyətlər genişləndirilir. Nazirlər müzakirə aparır”, – deyə o bildirib.

***

Rusiya Prezidenti Vladimir Putin ölkəyə işgüzar səfərə gələn İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, Kremldə təşkil olunan danışıqlarda daha çox ikitərəfli məsələlər diqqət mərkəzində olub.

Görüş zamanı liderlər, həmçinin regional proseslər ətrafında da fikir mübadiləsi aparıblar.