1761739632347891361690203704e8bc
2024-cü ildə ErmənistanRusiya arasında ticarət dövriyyəsi 11 milyard dolları keçmişdi, lakin 2025-ci ilin ilk 9 ayında bu göstərici 4,5 milyard dollar olub. ErmənistanRusiya arasında ticarət dövriyyəsi azalsa da, tərəflər bu göstəricini yenidən artırmaq niyyətindədirlər.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin MDB liderlərinin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib.

“Biz artıq dünənki və bugünkü işimizin nəticələrinə dair fikir mübadiləsi apardıq. Ümumilikdə, hər şey yüksək səviyyədə keçdi. Ümid edirəm ki, əhval-ruhiyyə da yaxşı idi”, – Putin bildirib.

Onun sözlərinə görə, hər iki ölkənin komandaları hərtərəfli işləyiblər və yaxşı sənədlər hazırlanaraq imzalanıb. Beləcə proses irəliləyir.

“İkitərəfli münasibətlərə gəldikdə, onlar inkişaf edir. Ticarət dövriyyəmiz bir qədər azalıb. 2024-cü ildə bu göstərici 11 milyard dollardan çox idi, hazırkı ilin ilk 9 ayında isə 4,5 milyard dollar təşkil edib. Bu da pis deyil və bizə əsas verir ki, yaxın gələcəkdə bu rəqəmi artıracağımıza inanaq”, – deyə Putin vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: