Putin Ərdoğanla danışdı – 3 məsələ müzakirə olundu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması və Rusiya-Ukrayna müharibəsi ilə bağlı vəziyyət müzakirə edilib.

R.T.Ərdoğan Rusiya Prezidentinə “taxıl sazişi”nin uzadılması ilə bağlı müsbət mövqeyinə görə təşəkkür edib.

O qeyd edib ki, rəsmi Ankara Rusiya ilə Ukrayna arasında münaqişənin tez bir zamanda danışıqlar yolu ilə başa çatmasına böyük əhəmiyyət verir.