Avropada yeni müharibə ocağı: Polşa texnikası Belarus sərhədinə cəmlənir – VİDEO

 

Polşa-Belarus gərginliyi yenidən dünya gündəmində dayanıb.

Globalinfo.az xəbər verir ki, Polşanın Belarus sərhədinə hərbi texnika göndərməsi ilə bağlı kadrlar yayılıb.

Belarus mətbuatı iddia edib ki, eşelondakı alman hərbi texnikası olub. Bu isə öz növbəsində NATO-nun Rusiyanın müttəfiq dövlətinə hücuma hazırlaşdığını göstərib.

Qeyd edək ki, Polşa-Belarus gərginliyi bir müddətdir davam edir. Rəsmi Varşavanın narahatlığı “Vaqner” özəl hərbi şirkətinin üzvlərinin Rusiyadakı çevriliş cəhdindən sonra Belarus ərazisində yerləşdirilməsi ilə pik həddə çatıb. Polşa tərəfi bunu Belarusun ölkəyə hücum ehtimalı ilə əlaqələndirib.

Xatırladaq ki, bu günlərdə Rusiya Prezidenti Vladimir Putinin NATO ilə bağlı ziddiyyətli açıqlaması olmuşdu. O, bildirmişdi ki, indiki vaxtda NATO ilə qarşıdurma istəmirlər. Onu da demişdi ki, buna baxmayaraq Rusiya istənilən situasiyaya hazırdır.

İntiqam Əhmədov
Globalinfo.az