“İran nüvə danışıqlarında ABŞ-a güzəşt etməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
O, ABŞ Prezidenti Donald Trampın Tehranı nüvə razılaşmasına nail olmağa məcbur etmək üçün məhdud hücumları nəzərdən keçirdiyini söyləməsindən sonra Vaşinqtonun təzyiqinə təslim olmayacağına söz verib.
“Dünya gücləri birləşərək bizi baş əyməyə məcbur etməyə çalışırlar. Siz çətinliklər qarşısında baş əymədiyiniz kimi, biz də bu problemlər qarşısında baş əyməyəcəyik”, – Pezeşkian vurğulayıb.
Safura Bənnayeva
Globalinfo.az