Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son gündə koronavirus əleyhinə 923 vaksin vurulub.

Bu barədə Globalinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 283, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 208, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 388, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 44 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 904 392 təşkil edir.