66b4e70664b0866b4e70664b09172313165466b4e70664b0666b4e70664b07

Portuqaliyalı futbolçu Pepe futbolçu kimi karyerasını başa vurub.

Globalinfo.az xəbər verir ki, 41 yaşlı futbolçu oynadığı 23 mövsüm ərzində ümumilikdə 34 kubok qazanıb.

Pepe 10 il İspaniya nəhəngi “Real Madrid”in, 9 il isə Portuqaliyanın köklü klublarından olan “Porto”nun forması ilə çıxış edib. O, 2019-cu ilin yanvarında azad agent kimi “Beşiktaş”dan Portuqaliya klubuna keçib.

Futbolçu ümumilikdə klub səviyyəsində 700 oyuna çıxıb.

İspaniyanın “Real Madrid” klubundakı çıxışı ilə yaddaşlarda qalan Pepe “kral klubu” ilə 3 dəfə Çempionlar Liqasının, 2 dəfə Klublararası Dünya Çempionatının və UEFA Super Kubokunun qalibi olub.

41 yaşlı oyunçu Almaniyada keçirilən son Avropa Çempionatında Portuqaliya millisinin formasını geyinməklə çempionat tarixinin ən yaşlı oyunçusu olaraq tarixə düşüb.

Paylaş: