avtomat 13

Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Daxili İşlər Nazirliyi (DİN) Bakıda əməliyyat keçirib, avtomat aşkar olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Penitensiar xidmətin və DİN-in yaydığı birgə məlumatda qeyd olunub.

Bildirilib ki, birgə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Qulizadə Kainat Xoşbəxt oğluna məxsus 1 ədəd “Kalaşnikov” avtomatı və 6 ədəd patron Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, ev 21 ünvanında yaşayış olmayan otaqda dolabın içərisindən aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Penitensiar xidmət və DİN Bakıda əməliyyat keçirib, “Kalaşnikov” tapılıb - FOTO Penitensiar xidmət və DİN Bakıda əməliyyat keçirib, “Kalaşnikov” tapılıb - FOTO

Paylaş: