qar temizlik

Dünən gecədən intensiv yağan qarın təmizlənməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) və paytaxt rayonlarının kommunal strukturları gücləndirilmiş iş rejimində çalışırlar.

BŞİH-dən Globalinfo.az-a verilən məlumata görə, gecə və səhər saatlarında xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib.

Səhər tezdən kommunal xidmətlərin əməkdaşları, işlərə cəlb olunan əlavə işçi qüvvəsi tərəfindən metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə və digər obyektlərin, təhsil, səhiyyə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə duz səpilməsi və digər təmizlik işləri həyata keçirilir. Bununla əlaqədar paytaxtın müxtəlif ərazilərdə texniki duz toplanan məntəqələr yaradılıb.

Qeyd edək ki, ümumilikdə bu işlərə 100-ə yaxın xüsusi texnika və 2000-dən çox işçi qüvvəsi cəlb edilib. Təmizlik işləri gün ərzində davam edəcək.

0a20c250 f00a 404b 9519 f9b064030251
884664cc bcbc 43b3 9445 28e5ca4eb6a4
6c6691ab 119b 4074 960b 3ab7fb69b843
b48b354e 56f9 4666 83d0 5421b7c4659a
00afcb69 1710 40df acd7 932acd98365e
91d4d1fc bae0 452e bdd8 5df2600121ac
365b1da6 5c4f 4f22 a295 359b317fca36

Paylaş: