pasinyan 11

Ermənistan hökuməti “Lydian Armenia” şirkət ilə 250 milyon dollarlıq müqavilə imzalayıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan yayıb.

Müqaviləyə əsasən, İrəvan Amulsar yatağının işlənməsini şirkətə həvalə edəcək.

Qeyd edək ki, Amulsar yatağının işlənməsi ilə bağlı erməni əhalidə narazılıq var. Xüsusilə İstisu əhalisi bu yatağın işlənməsinin regionun turistik imkanlarını məhv edəcəyini bildirir. Keçən il hətta bölgə əhalisi müqaviləyə qarşı genişmiqyaslı aksiya da keçirib.

“Lydian Armenia” Britaniya şirkətidir. Bu şirkətin Ermənistanda çalışmasına xüsusilə rusiyayönümlü müxalifət qarşı çıxır. Maraqlı məsələ isə müqavilənin Münxendə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Ermənistana yeni yatırım vədindən sonra imzalanmasıdır.

İlkin Həsənvov
Globalinfo.az

Paylaş: