“Nikol Paşinyan çox narahatdır, hakimiyyətini qorumaq və səlahiyyət müddətini uzatmaq üçün növbədənkənar parlament seçkilərinə getmək niyyətindədir”.
Globalinfo.az xəbər verir ki, bunu erməni sosioloq Vigen Akopyan deyib.
O, növbədənkənar parlament seçkiləri məsələsinin 2024-cü ilin may-iyun aylarında elan edilməsinin gözlənildiyini bildirib:
“Hökumətə məxsus sosial şəbəkə hesabları vaxtaşırı sorğular keçirirlər ki, insanların fikrini öyrənsinlər. Bu sorğularda əsasən hakimiyyətə “işləyənlər”, Nikol tərəfdarları iştirak edirlər ki, hakim partiyaya inamın ölmədiyini göstərsinlər. Yəni “seçkilər keçirilsə, Paşinyan yaxşı nəticə əldə edə bilər” təbliğatı aparmağa çalışırlar.
Bizdə olan məlumata görə, Nikolun hakimiyyət müddətinin uzanmasında Qərbin də marağı var. Lakin Paşinyanın reytinqinin sürətlə düşdüyünü nəzərə alaraq özləri üçün ehtiyat namizəd də formalaşdırmağa çalışırlar”.
Ayşən Mustafa
Globalinfo.az