Dünya liderləri orda idi, Əliyevin dediyi oldu – Aşotyan

“Nikol Paşinyan getdikcə Ermənistanı Türk dünyasının bir parçasına çevirir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın həbsdə olan müxalifət nümayəndələrindən Armen Aşotyan yeni məqaləsində yazıb.

Aşotyan Qarabağdan sonra Ermənistanın da Azərbaycan və Türkiyənin daxili məsələsinə çevrildiyini bildirib:

“Baş nazir bu istiqamətdə bütün lazımi işləri görür. O, 4 il əvvəl olduğu kimi bir daha Münhendə Azərbaycan Prezidenti və beynəlxalq ictimaiyyət qarşısında bizi biabır etdi. Münhendə Olaf Şolts, İlham Əliyev və Nikol Paşinyan arasında görüş olub, daha sonra danışıqlar Əliyev-Paşinyan formatında davam edib. Maraqlıdır, Aİ rəsmisi Ursula fon der Leyen, ABŞ Dövlət katibi Entoni Blinken, Fransa rəsmiləri də Münhendə idilər. Onların vasitəçilik təcrübələri də var. Bəs sözügedən görüşdə niyə iştirak etmədilər? Hər zaman təşəbbüs göstərsələr də, bu dəfə danışıqlara niyə qatılmadılar?”, – A.Aşotyan fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında birbaşa danışıqların əsas təşəbbüskarı Prezident İlham Əliyevdir.

Ayşən Mustafa
Globalinfo.az